...

Energetika Nazirliyi beynəlxalq sərgidə təmsil olunacaq

Energetika Materials 8 İyun 2017 16:25 (UTC +04:00)
“EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisinin 10 iyun 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində təntənəli açılış mərasimi keçiriləcək.
Energetika Nazirliyi beynəlxalq sərgidə təmsil olunacaq

Bakı. Trend:

“EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisinin 10 iyun 2017-ci il tarixində Qazaxıstanın Astana şəhərində təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycanı tədbirdə energetika nazirliyinin geniş nümayəndə heyəti təmsil edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “EXPO 2017” Beynəlxalq sərgisində milli pavilyonun hazırlanması istiqamətində təşkilati işlər Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Energetika Nazirliyi tərəfindən aparılıb.

İyulun 9-da isə “Milli gün” təşkil olunacaq. Bu mərasim çərçivəsində müxtəlif mədəni proqramlar təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti