...

Rumıniyada SOCAR YDM-lərinin sayı 37-yə çatdı (FOTO)

Energetika Materials 8 İyun 2017 16:31 (UTC +04:00)
Rumıniyada SOCAR brendi ilə daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Rumıniyada SOCAR YDM-lərinin sayı 37-yə çatdı (FOTO)

Bakı. Trend:

SOCAR Rumıniyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-yə çatıb.

Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. YDM ərazisindəki kafedə Azərbaycan məhsulları və pulsuz internet xidməti təklif olunur.

Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 rayonunda yanacaqdoldurma məntəqələrinə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti