...

“Azneft”: “Günəşli” yatağında 60 milyon ton qalıq neft var (FOTO)

Energetika Materials 8 İyun 2017 17:13 (UTC +04:00)
“Azneft” İstehsalat Birliyinin “28 May” neft və qazçıxarma idarəsində müşavirə keçirilib
“Azneft”: “Günəşli” yatağında 60 milyon ton qalıq neft var (FOTO)

Bakı. Trend:

“Günəşli” yatağında 60 milyon ton çıxarılabilən neft ehtiyatı var.

“Azneft” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu birliyin “28 May” neft və qazçıxarma idarəsində keçirilən müçavirə zamanı deyilib.

“Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi iclasda birldirilib ki, 2020-ci ilə kimi qaz hasilatında ciddi artıma nail olunması üçün əlavə tədbirlərin görüləcəyi qərarlaşdırılıb. Ötən 5 ay ərzində 33 quyunun təmir olunaraq istismara qaytarıldığı bildirilib.

Ardından qaz-kompressor təsərrüfatı haqqında məlumat verilib. Bu təsərrüfatın “Günəşli” yatağında hasilatın əldə olunmasında böyük rol oynadığı və daim saz vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Yeni avadanlıqlarla işləyən kadrların işləri tam öyrənənə kimi təlimlərə cəlb olunması tapşırılıb.

Sonra tikinti-quraşdırma, təmir sahəsi ilə bağlı hesabat dinlənilib. Cari ildə 16 obyektdə tikinti-quraşdırma işlərinin davam etdirildiyi məlum olub. Qeyd olunub ki, 3 və 5 saylı dərin dəniz özüllərinin əsaslı təmiri yekunlaşmaq üzrədir.

D.İskəndərov təhlükəsizlik məsələlərinin qarşıda duran 1 nömrəli məsələ olduğunu vurğulayıb, 3 prinsip üzrə - insanların qorunması, avadanlıqların qorunması və ətraf mühitin mühafizəsinin hər kəs üçün başlıca prinsip olunmalı olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti