...

Avropa Yenidənqurma və İnkişaf Bankının TANAP-a kredit ayıracağı gözlənilir

Energetika Materials 10 İyun 2017 10:18 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaxın aylarda Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 500 milyon dollar kredit ayırması barədə qərar qəbul edəcəyi gözlənilir
Avropa Yenidənqurma və İnkişaf Bankının TANAP-a kredit ayıracağı gözlənilir

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) yaxın aylarda Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 500 milyon dollar kredit ayırması barədə qərar qəbul edəcəyi gözlənilir.

Bu məlumat Trend-ə bankdakı mənbədən verilib.

Məlumata görə, AYİB tərəfindən maliyyələşən bütün layihələrin müəyyən meyarlara uyğunluğu tələb olunur.

Qeyd edək ki. TANAP-la əlaqədar meyarlara ekoloji və sosial standartlara uyğunluq, o cümlədən əhalinin sağlamlığının, təhlükəsizliyinin, boru kəmərinin marşrutu boyunca biomüxtəlifliyin mühafizəsi daxildir.

Xəbər lenti

Xəbər lenti