...

"Darvin bankası"ndakı özüldə yenidənqurma işləri başa çatıb

Energetika Materials 12 İyun 2017 16:44 (UTC +04:00)
“Darvin bankası” yatağındakı 720 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib.
"Darvin bankası"ndakı özüldə yenidənqurma işləri başa çatıb

Bakı. Trend:

“Darvin bankası” yatağındakı 720 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib.

Trend SOCAR-a istinadən verdiyi məlumata görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılıb. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb.

Qeyd edək ki, əlavə qazılacaq quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcəyi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti