...

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Energetika Materials 23 İyun 2017 17:05 (UTC +04:00)
Bu gün Lerikin Mastail kəndinə ilk dəfə təbii qaz verilib.
Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib (FOTO)

Bakı. Trend:

Bu gün Lerikin Mastail kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri bu münasibətlə keçirilmiş tədbirdə iştirak ediblər.

Bildirilib ki,135 abonenti olan kəndin qazlaşdırılması məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Lerik rayonunun Əvilə,Murya və Durğan kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti