...

AR DNŞ NEFTİNİN PROQNOZ VƏ HƏQİQİ İXRAC QİYMƏTİ ARASINDAKI FƏRQ DÖVLƏT NEFT FONDUNUN DAXİLOLMALARININ ƏSAS MƏNBƏLƏRİNDƏN BİRİDİR

Energetika Materials 17 İyun 2005 12:33 (UTC +04:00)

Trend" agentliyinin məlumatına əsasən, maliyyə naziri Azər Bayramov jurnalistlərə bildirib ki, stabilizasiya fonduna daxil olan vəsaitlər AR DNŞ neftinin proqnoz və həqiqi ixrac qiyməti arasındakı fərqdir.

2003-2005-ci illər müdətində stabilisaziya fondunda toplanmış 325 mlrd manatın Dövlət Neft Fonduna köçürülməsindən sonra həmin vəsaitlərin idarə olunması məsələsi qanunverici qaydada həll ediləcək. "Neftin büdcə və ixrac qiyməti arasındakı fərq AR DNF-nın daxilolma mənbələrindən biri olacaq", - deyə A.Bayramov bildirib.

Hazırda vəsaitlər DNF-yə köçürülməyib, lakin artıq 2005-ci il dövlət büdcəsinə düzəlişlər edilir ki, onlar da sabah təsdiqlənməlidir.

Xəbər lenti

Xəbər lenti