...

AZƏRBAYCAN PREZİDENTİ "AZƏRİ" YATAĞI ÜÇÜN QAZKOMPRESSOR VƏ SUVURMA PLATFORMASI İLƏ TANIŞ OLUB

Energetika Materials 20 İyun 2005 14:06 (UTC +04:00)

Bu gün iyunun 20-də Azərbaycan prezidenti İlham Əlyiev ATA konsorsiumunun tikinti sahəsində ( Bibi-Heybət) Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən istismar edilən "Azəri" yatağında quraşdırılacaq qazkompressor və suvurma platforması ilə tanış olub.

Platforma "Azəri" yatağının mərkəzi hissəsində quraşdırılacaq, lakin elektrik kabelləri sayəsində enerji yatağın qərb və şərq hissəsinə ötürüləcək. Platformanın qazvurma üzrə maksimal gücü gündə 1,05 mln f3, suvurma üzrə 900 min bareldir. Ümumilikdə platfomanın gücü 445 min at gücünə bərabərdir.

Ehtimallara görə, iyunun 28-də platformanın yuxarı modulları dənizə Bakıdan 90 km cənub-şərqə çıxarılacaq və quraşdırılacaq.

Laylara ilk qaz və su vurma 2006-cı ilin fevralına planlaşdırılıb. Layihənin gerçəkləşdirmə müddəti 35 ay təşkil edir. Yuxarı modulların çəkisi 14,3 min tondur. Qazvurma təzyiqi 383 barel, suvurma 480bareldir. Platforma avadanlığının ümumi gücü 280 MVT təşkil edir ki, bu da RB 211 turbinini işə salır.

Xəbər lenti

Xəbər lenti