...

EXXONMOBIL ARDNŞ İLƏ AZƏRBAYCANDA KƏŞFİYYAT QAZMA İŞLƏRİNDƏN İMTİNAYA GÖRƏ KOMPENSASİYA ÖDƏMƏK BARƏDƏ RAZILAŞMA İMZALAYACAQ

Energetika Materials 20 İyun 2005 15:22 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə ExxonMobil arasında yaxın zamanlarda razılaşma imzalayacağı gözlənilir. Həmin razılaşma Amerika şirkəti tərəfindən "Naxçıvan" perspektiv strukturundakı ikinci kəşfiyyat quyusunu qazmaqdan imtina etməsinə görə kompensasiya ödənilməsini nəzərdə tutur. Bu barədə jurnalistlərə iönun 20-də AR DNŞ-nin rəhbəri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, kompensasiyanın ölçüsü30 milyon dollar təşkil edir. Bəzi məlumatlara görə, Azərbaycanın Dövlət Neft Fondunun hesabına keçiriləcəkvəsaitin həcmi 27 milyon dollar təşkil edir.

Müqavilə yaxın vaxtlarda imzalanacaq. N.Əliyevin sözlərinə görə, "hazırda bəzi hüquqi məsələlər razılaşdırılır".

Bu perspektiv strukturun işlənməsi və orada kəşfiyyat işlərinin aparılması barədə PSA müqaviləsi 1997-ci il avqustun 1-də imzalanıb. Müqavilədə tərəflərin pay iştirakı aşağıdakı kimi bölüşdürülüb: AR DNŞ - 50%və ExxonMobil (operator)- 50%. Müqavilə üzrə"Naxçıvan"da ikinci quyunun layihə dərinliyiÜst Kirməkin tqum dəstindəkindən 50 metr aşağı olmalı idi.

Trend ə öz fikirlərini bildirən Azərbaycanın neft sənayesinin ekspertləri qeyd ediblər ki, ExxonMobil"Naxçıvan"dao halda karbohidrogen aşkar edə bilər ki, əgər ikinci quyununyatım nöqtəsiÜst Kirməkin qum dəstinin açılması ehtimalının mövcud olduğu strukturların qübbəsinin olduğu dəstin üzərində yerləşsin.

"Naxçıvan " da birinci quyunun qazıldığı "İstiqlal"qurğusu2001-ci ilin avqustunda işə başlayıb, 2002-ci ilin fevralında dayandırılıb. Əvvəlcə quyunun layihə dərinliyi 6444 metr, sonralar isə6746 metr təşkil edib. ExxonMobil qazmanın nəticələrinə görə karbohidrogenlərinin cəlbedici yataqlarını aşkar edə bilməyib.

Xəbər lenti

Xəbər lenti