...

2010-CU İLDƏ DÜNYADA NEFT HASİLATININ 3,4% -İ XƏZƏR REGİONUNUN PAYINA DÜŞƏCƏK

Energetika Materials 20 İyun 2005 15:26 (UTC +04:00)

Xəzərin hasilat və karbohidrogen ixracı üzrə eksperləri belə həesab edirlər ki, 2010-cu ilə kimi regionun bütün neft yataqları bütün dünya neftə olan tələbatın 3,4%-ni təşkil edəcək. Xəzərdə işləyən neft ixracı üzrə şirkətlərin bəzi ekspertlərinin Trend ə verdiyi məlumata görə, 2015-ci ildə bu göstərici dəyişməyəcək, 2020-ci ildə isə 0,4% -ə düşərək 3%- əçatacaq.

Xəzərin əsas neft yataqlarına gəldikdə isə ekspertlərin fikrincə, ən azı 2020-ci ilə kimi oradan neft hasil olunacaq. 2010-cu ildən "Azəri-Çıraq-Günəşli" neft yatağındanartıq sutkada1 milyon barrel Azeri Light nefti hasil olunacaq, 2015-ci ildənhasilatın həcmi sutkada 0,7 milyon barreləenəcək, və 2020-ci ildənsutkada 45 faizə, yəni 0,38 milyon barrelə enəcək.

Qazaxıstanın "Tengiz" neft yatağından 2010-cu ildə sutkada0,7 milyon barrel neft hasil olunması planlaşdırılır, 2015-ci ildəsutkada 0,75 milyon barrel olmaqla hasilatın həcminin 50 min barrelə çatacağı, 2020-ci ildə isə istehsalın səviyyəsi sutkada 0,38 milyon barrel olacağı güman edilir.

"Karaçaqanak" neft yatağında 2010-cu ildəsutkada 0,4 milyon barrel, 2015-ci ildə sutkalıq hasilat 0,3 milyon barrel, 2020-ci ildən isə istehsalın sutkada 0,225 milyon barrel təşkil elcdəcəyi ehtimal edilir.

Qazaxıstanın nəhəng "Kaşağan" neft yatağında 2010-cu ildə sutkada 0,45 milyon barrel neft hasil ediləcəyi planlaşdırılıb. 2015-ci ildə istehsalı 130% artırmaqla sutkalıq neft hasilatını 1,05 milyon barrelə qədər, 2020-ci ildə isəsutkada 1,2 milyon barrelə çatdırmaq nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti