...

ŞƏRQİ AZƏRİ YATAĞININ QAZILMASI ÜÇÜN ƏSAS QAZMA MODULLARI NİDERLANDAN BAKIYA GƏTİRİLİB

Energetika Materials 21 İyun 2005 13:16 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) Trend ə verilən məlumata əsasən, Şərqi Azəri hasilat, qazma və yaşayış platforması üçün əsas qazma modulları artıq Niderlanddan Bakıya gətirilib. Modullar Mercon Steel Structures şirkəti tərəfindən istehsal olunub.

Qazma buruğu da daxil olmaqla modulların ümumi quru çəkisi təxminən 4500 tondur. Modulların Şərqi Azəri platformasına birləşdirilməsi və istismar sınaqları Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində yerinə yetiriləcək.

Qazma modulları Niderlanddan üç barja ilə Bakıya iyun ayı ərzində çatdırılıb. Rusiyanın daxili su yollarına uyğun şəkildə hazırlanmış bu modullar şimal kanal sistemi ilə müəyyən ləngimələrlə Xəzər dənizinə çatdırılıb.

Modulların və qazma buruğunun gələn aylarda ABƏŞ-in BDÖZ-də Şərqi Azəri platformasının üst modullarının tikintisi üzr podratçısı McDermott Caspian Contractors Inc şirkəti tərəfindən birləşmiş göyərtədə quraşdırılması gözlənilir.

Şərqi Azəri platformasında quraşıdırılacaq qazma modulları üç tərkib hissədən ibarət olacaq: Yardımçı Qazma Modulu, Qazma Avadanlığı Kompleksti və Qazma Buruğu. Modullar Şərqi Azəri bütün HQY istismar müddəti ərzində 48 quyu gövdəsindən qazma əməliyytaını təmin etmək üçün layihələşdirilib.

Xəbər lenti

Xəbər lenti