...

BAYIA-ENERJI AZƏRBAYCAN REGİONLARINDA 350-DƏN ÇOX YARIMSTANSİYA QURAŞDIRIB

Energetika Materials 21 İyun 2005 13:17 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Bayva-Qərbenerjivə Bayva-Cənubenerjienerji paylaşdırıcı şəbəkisinin operatoru olan Bayva-Enerjişirkəti Azərbaycan regionlarında müxtəlif gücə malik 350-dən çox yarımstansiya quraşdırıb.

Onlardan 9-u 110/35/10-kilovoltluq, bir hissəsi - 35-kilovoltluq, qalanı isə 6 -10/0,4-kilovoltluqdur. 110/35/10-kilovoltluq yarımstansiyalar Ağdaş (16 MVA gücündə iki yeni transformator quraşdırılıb), Ağcabədi (20 MVA), Ağsu (5,6 MVA), Biləsuvar (40 MVA), Şəki (10 MVA) və digər rayonlarda istismara verilib. Rayonlarda, həmçinin köhnə transformatorlar yeni və daha güclü transformatorlarla əvəzlənib, yüksək voltlu elektrik xətləri təmir olunub.

Şirkətdən bildiriblər ki, bu yarımstansiyaların istismara verilməsi rayonlarda enerji təchizatı problemini həll etməyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti