...

ARDNŞ İYULDA BATUMDAN 80 MİN TON AZERI LIGHT NÖVLÜ NEFT SATACAQ

Energetika Materials 21 İyun 2005 18:30 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(AR DNŞ) iyulun 21-25-də Gürcüstanın Batumi limanından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi AzeriLightnövlü neft yükləməyi planlaşdırır.

AR DNŞ-dən Trend ə verilən məlumata görə, FOBsatış bazasında iyulun-21-25-də Batumidə neftin bir tanker patiyasının yüklənməsi üçün şirkət 80 min ton AzeriLightneftinin satışı üzrə tender elan edəcək.

AR DNŞ-in nüymayəndəsinin sözlərinə görə, tenderin nəticələri iyunun 28-də məlum olacaq. "Bizim hər ay Batumidən bu cür tenderləri elan etmək imkanımızın olacağı istisna edilmir", - deyə AR DNŞ-dən bildiriblər.

Batumi neft terminalı ildə15 milyon tona qədər neft məhsullarını yükləmək imkanına malikdir. Terminal 30-90 min ton tutumlu tankerləri Aframaxdərəcəli gəmilər üçün yan buy da daxil olmaqldaqəbul etmək imkanına malikdir. Hlazırda terminalın ehtiyat parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da dəhliz vasitəsilə cari və proqnozlaşdırılmış həcmlərin daşınması üçün kifayətdir.

İyunun əvvəlində ABƏŞAzpetrolterminalının yaxınlığında yerləşən Səngəçal terminalından birləşdirilmiş boru kəməri ilə AzeriLightneftini nəqlinə başlayıb. İyunun 1-dən neft uzunluğu 12 kilometr olan birləşdirici terminallararası boru kəmərinə vurulur. AzpetrolAzeriLightneftini Azərbaycan-Gürcüstan dəmiryolu ilə Batumiyədək çatdıracaq. Azpetrol -un Batumiyədək gündə40 min barel Azeri Light neftidaşıyacağı ehtimal olunur. Yanvar-may ərzində Batumi neft terminalı vasitəsilə 3,39 milyn. Ton neft məhsulları daşınacaq. Bu ada 2004-cü ilin analoji dövri ilə müqayisədə 512 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti