...

AZERNEFTYAG NEZ-DƏ NEFT HASİLATINININ GÖSTƏRİCİSİ ORTA AVROPA GÖSTƏRİCİSİNDƏN 38 % GERİ QALIR.

Energetika Materials 22 İyun 2005 15:05 (UTC +04:00)

Azerneftyaq Bakı NEZ-də neft hasilatı Avropa və ABŞ -nın neft emalı zavodlarının orta göstəricilərindən 37-39% geri qalır. Trend agentliyinin verdiyi məlumata əsasən, bu gün neft hasilatı 53-55%, Avropa ölkələri və ABŞ üzrə orta göstərici isə 92% təşkil edir.

Zavodun nümayəndəsinin sözlərinə görə Azernenftyaq-da neft hasilatının aşağı səviyyəsi zavodun əsasən ilkin neft emalını həyata keçirməsi ilə bağlıdır. "Hal-hazırda zavodda bu göstəricinin artırılması məqsədi ilə işlər görülür. Lakin Azernneftyağ-ın Bakı şəhərinin hüdudlarında yerləşməsi ilə əlaqədar burada yeni texnologiyaların tətbiqi bir o qədər də təhlükəsiz deyildir", - deyə Azerneftyaq-dan bildirilib. Bütövlükdə1999-cu ildən 2003-cü ilə kimi (2003-cü il də daxil olmaqla) Azərbaycanda neft hasilatının səviyyəsi 17,32% artıb, bu isə neft məhsullarının həm keyfiyyətinə, həm də həcminə müsbət təsir edib.

Xəbər lenti

Xəbər lenti