...

AR DNŞ İRİ YATAQLARDAN BİRİNİ YENİDƏN QİYMƏTLƏNDİRMƏK ÜÇÜN XARİCİ MÜTƏXƏSSİSLƏRİ CƏLB ETMƏK İSTƏYİR

Energetika Materials 27 İyun 2005 12:55 (UTC +04:00)

"Qarabağ" dəniz strukturunda hasil olunan ehtiyatlar 50-55 mln ton neft təşkil edir. Dövlət Neft Şirkətindən Trend ə verilən məlumata əsasən, ehtiyatların yenidən qiymətləndirilməsi əvvəllər xarici şirkətlər tərəfindən qazılmış quyulara dair məlumatlar əsasında aparılmışdır. Sonralar bu xarici şirkətlər "Qarabağ" stukturunun işlənib hazırlanmasından imtina etmişdir.

AR DNŞ-nin verdiyi məlumata əsasən, yataqda geoloji ehtiyat 100 mln ton təşkil edir. "Neftin bügünkü yüksək qyməti bu sahəni səmərili işləyib hazırlamağa imkan verir", - deyə AR DNŞ-dən bildiriblər.

Dövlət Neft Şirkəti ehtiyatların daha müfəssəl öyrənilməsi üçün bu sahədə işləyən xarici mütəxəssisləri cəlb etmək niyyətindədir. Bundan əlavə, AR DNŞ "Qarabağ"da hidrotexniki qurğunun tikintisi üçün mövcud platformanın - "Günəşli-7"nin bir hissəsinin istismarını nəzərdən keçirir.

Pennzoil, Agip, AR DNŞ və LUKOIL-u birləşdirən CIPCO konsorsiumunun mütəxəssisləri "Qarabağ"da 1998-ci ildə qazılmış 3 kəşfiyyat quyusunda aparılan işlərin nəticələrinə əsasən bu strukturda karbohidrogenlərin hasilatının kommersiya baxımından məqsədəuyğun olmadığı haqqında rəy vermişlər. O zaman enerjidaşıyıcılarının dünya bazarlarında qiyməti çox aşağı idi.

Xəbər lenti

Xəbər lenti