...

İYULDA AZƏRBAYCAN MÜƏSSİSƏLƏRİ ARASINDA NAFTANIN PAYLAŞDIRILMASI İYUN AYINDAKI KİMİ OLACAQ

Energetika Materials 28 İyun 2005 12:08 (UTC +04:00)

İyulda Azərneftyağ NEZ bütün istehsal olunan naftanı Azərkimya dövlət şirkətinə verəcək. NEZ-in daxil olduğu Dövlət Neft Şirkətindən Trend ə verilən məlumata əsasən, Azərkimya bu neft məhsulunu yanacaq kimi istifadə edir.

İyulda Azərkimya DŞ-yə verilən naftanın həcmi təxminən 28 min ton təşkil edəcək. Analoji vəziyyət iyunda da müşahidlə olunurdu. O zaman AR Nazirlər Kabineti Azərneftyağ NEZ-ə bütün naftanı əlavə emal üçün "Heydər Əliyev adına" NEZ-ə göndərmək əvəzinə Azərkimya-ya verməyi tapşırmışdır.

Azərkimya NEZ AR DNŞ-dən bir ton naftanı 842,200 manata (təxminən $172) alır. Lakin nafta "Heydər Əliyev adına" NEZ-də əlavə emal edildikdə bir tonu $400-450 satılan avtomobil benzini alınır.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, bu həftə qəbul edilmiş qərara əsasən, Azərneftyağ NEZ-in istehsal etdiyi mazut "Heydər Əliyev adına" NEZ-ə əlavə emala göndəriləcək, alınmış krekinq mazutu isə Gürcüstanın Poti və Batumi limanları vasitəsilə satılacaq.

Ehtimallara görə, "Heydər Əliyev adına" NEZ-ə təxminən 100 min ton mazut göndəriləcək.

Xəbər lenti

Xəbər lenti