...

ARDNŞ NOVOROSSİYSKDƏN OLAN İKİ NEFT PARTİYASININ SATIŞI ÜZRƏ TENDERİ BAĞLAYIB

Energetika Materials 28 İyun 2005 18:09 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) iyulun sonlarında Novorossiysk limanından yüklənəcək FOB bazisli 170 min ton Urals neftinin satışı üzrə tenderi bağlayıb. ARDNŞ-dən verilən məlumata görə, tenderin qalibi İsveçrənin J&S Groupa məxsus Mercuria Energy Trading treyderi olub.

1993-cü ildə yaranmış Mercury Energy Trading əsasən Urals neftinin Çinə tədarükü ilə ilə məşğul olur. 2003-cü ildə şirkət 23 milyon ton Urals (gündə 450 min barel) daşıyıb.

170 min ton neft hər birində 85 min ton olmaqla iki tanker partiyası ilə satılacaq. Birinci tankerin iyulun 24-25-də Novorossiyskin 2 saylı limanından, ikincinin isə iyulun 30-31-də yüklənəcəyi gözlənilir. Bu neft partiyasını Mercuria Energy Trading AR DNŞ-dən bu il alıb.

Bu ilin əvvəlindən Novorossiyskdən daşınmaqla AR DNŞ-dən tender yolu ilə aşağıdakı şirkətlər neft alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);
fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);
mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);
aprel - Glencore (160 min ton);
may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);
iyun - Mercuria Energy Trading (82 min ton).
iyul - Mercuria Energy Trading (170 min. ton).

Xəbər lenti

Xəbər lenti