...

AZƏRNEFTYAĞ NEZ YENİ YAĞ BLOKUNUN TİKİNTİSİNİ VACİB HESAB EDİR

Energetika Materials 29 İyun 2005 12:01 (UTC +04:00)

AR DNŞ-nin tərkibinə daxil olan Azərneftyağ NEZ zavodun bazasında yeni yağ blokunun tikintisini vacib hesab edir. Bu barədə Trend ə NEZ-dən məlumat verilib.

Zavod nümayəndəsinin sözlərinə görə, bu layihənin gerçəkləşdirilməsinə $100 mln lazımdır. Lakin hökumət hələ də Azərneftyağ NEZ-ə yeni yağ blokunun tikintisinə başlamağa icazə verməyib.

Zavod nümayəndəsi bildirib ki, layihə Azərbaycanda neft emalı üzrə yeni strategiya çərçivəsində gerçəkləşdirilə bilər. Əvvəllər Azərneftyağ xarici şirkətlərlə yağ blokunun tikintisinin perspektivləri barədə danışıqlar aparmışdır. Danışıqlar xüsusilə Amerikanın ExxonMobil və ChevronTexaco, transmilli ABB Lummus Global və RD/Shell şirkətləri ilə aparılıb.

Bəzi məlumatlara əsasən, yeni yağ blokunun tikintisi zavoda $280-300 mln başa gələ bilər.

Xəbər lenti

Xəbər lenti