...

AZERENERJI 300 MİLYON AVRO DƏYƏRİNDƏ KREDİT RAZILAŞMASI İMZALAYIB

Energetika Materials 30 İyun 2005 13:11 (UTC +04:00)

Azerenerji Səhmdar Cəmiyyəti Almanyianın BayerischeLandesbankbankı ilə Sumqayıtda buxar-qaz qurğusunun (BQQ) tikintisi çərçivəsində 300 milyon avro kredit razılaşması imzalayıb. Bu barədə Trend ə Azerenerji SC-dən məlumat veriblər. Layihənin dəyəri yeni qaz xəttinin tikintisi hesaba alınmaqla qiymətləndirilib.

506 MVtgücü olan BQQ-nun tikintisini tam şəkildə Almaniyanın Siemensşirkətihəyata keçirəcək. Onunla 257 milyon avro məbləğində müqavilə 2005-ci ilin mayında imzalanıb. Layihənin reallaşdırma müddəti 26-28 aydır. Tikinti zamanı şirkətin Avropadakı şəxsi zavodlarının avadanlıqlarından istifadə olunacaq. Subpodrat hüququnda işlərə Azərbaycanın tikinti-montaj servis şirkətləri cəlb ediləcək. BQQ-nun 2007-ci ildə istifadə verilməsi nəzərdə tutulub.

Kredit başda BayerischeLandesbankolmaqla Fransanın BNPParibasvə SosieteGeneralebanklarının da daxil olduğu bank sindikatları tərəfindən ayrılacaq. Kredit 15 il müddətinə LIBOR +0,55% dərəcəsi üzrə3 gyzəştli dövrlə veriləcək. Bank sidikatı çərçivəsində hər üç bankdan biri məbləğin üçdə birini ayıracaq.

Bundan əvvəl Sumqayıtda iki istilik elektrik stansiyasıvar idi. Lakin 2001-ci ildə böyük həcmdə yanacaq (dünya standartları üzrə saatda 1 kVt elektrik enerjisi üçün 200-250 qr olduğu halda saatda 1 kVt elektrik enerjisi üçün 700-800 qr. şərti yanacaq)sərf etdiyi üçün Azerenerji onların istismarını dayandırıb.

Xəbər lenti

Xəbər lenti