...

ARDNŞ BATUMİDƏN NEFT PARTİYASININ SATIŞI ÜZRƏ TENDERİ BAĞLI ELAN EDİB

Energetika Materials 1 İyul 2005 12:57 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Qara dəniz limanı Batumidən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Zəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi Azeri Light neftinin bir tanker partiyasının satışı üzrə tenderi bağlı elan edib.

ABƏŞ-də 10% -lik paya sahib olan AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Batumidən FOB şərtləri ilə 80 min ton neft daşıyan Arcadia treyderi olub. Partiyanın yüklənməsi iyulun 24-25-nə planlaşdırılıb.

Batumi neft terminalı ildə 15 milyon tona qədər neft məhsulları daşımağa qadirdir. Terminal dörd körpüdə yan buy Aframax gəmiləri də daxil olmaqla 30-90 min ton detveyti olan tankerlərə qəbul edir. Hazırda terminalın rezervuar parkının gücü təxminən 530 min tona çatır ki, bu da dəhliz vasitəsilə daşınan cari və nəzərdə tutulmuş daşınmalar üçün lazım olduğundan da çoxdur.

Xəbər lenti

Xəbər lenti