...

İNŞAAT QRUPU AZƏRBAYCANDA BTC NEFT KƏMƏRİNİN SONUNUCU SAHƏSİNİ İSTİFADƏYƏ VERDİ

Energetika Materials 1 İyul 2005 13:36 (UTC +04:00)

İyun ayında Azərbaycanda Bakı-Tbilisi -Ceyhan (BTC) neft kəmərinin sonuncu bölməsi inşaat qrupu tərəfindən istismara təhvil verilib ki, bu ölkədə faktiki olaraq layihənin başa çatması deməkdir. BTC Co- dan Trend ə verilən məlumata görə BTC, ayın sonuna kimi boru kəmərinin Səngəcal terminalından PSA2 stansiyası istiqamətində 241 km-lik sahəsi neftlə doldurulub.

BTC Co-da qeyd ediblər ki, Gürcüstanda kəmərin Şərqi Kür çayının altından keçən sahəsilə birləşən hissəsi uğurla hidrotestləşdirilib. "Kəmərin 250 km uzunluqda Gürcüstandan keçən hissəsinin yalnız altı bölsənin təzyiqlə testləşdirilməsi qalıb", - deyə boru kəməri şirkətindən bildiriblər.

Türkiyədə işçi qüvvəsinin sayının aratırılması ilə əlaqədar olaraq dörd nasos stansiyasında tikinti işlərinin sürətlənəcəyi gözlənilir. "Neft kəmərinin Türkiyə ərazisindən keçən 1,076 km uzunluqdakı hissəsində 4 km-dən az boru səngərə basdırılacaq", - deyə BTC Co-dan bildiriblər. Uzunluğu 332 kilometr olan və PT4 nasos stansiyası ilə Ceyhan terminalı arasında yerləşən bütün S lotu artıq hidrotestləşdirilib.

Boru kəmərinin doldurulması üçün cəmi 10 milyon barel neft tələb olunur. Bu neft Azəri-Çıraq-Cünəşli (AÇG) yatağından daxil olur.

Xəbər lenti

Xəbər lenti