...

AR DNŞ OFFŞOR YATAĞINDA İSTİSMAR QUYUSUNUN QAZILMASINI DAYANDIRIB

Energetika Materials 2 İyul 2005 14:22 (UTC +04:00)

AR Dövlət Neft Şirkəti "Gürgan-Dəniz" offşor yatağında 210 saylı istismar quyusunun qazılmasını dayandırıb. AR DNŞ-dən Trend ə verilən məlumata əsasən, qazma işlərinin dayandırılması yaxınlıqdakı 207 saylı quyunun təmirindən irəli gəlib.

"Birinci quyunun buruğu təmir işlərinə cəlb olunub. Yaxın günlərdə 207 saylı quyunun təmirini başa çatdırmağı və 210 saylı quyuda qazma işlərini bərpa etməyi planlaşdırırıq", - deyə AR DNŞ-də bildiriblər.

Quyunun layihə dərinliyi 2900 metr təşkil edir, qazma işləri ilə Absheronneft NQHİ məşğul olub.

AR DNŞ-dən bildiriblər ki, "Gürgan-Dəniz"in bu hissəsində qazma işləri aparmaq daha çətindir. "Süxurların həddindən artıq bərk olması qazma işlərini sürətləndirməyə imkan vermir", - deyə AR DNŞ qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti