...

YANVAR-İYUN AYLARINDA AR DNŞ NOVOROSSİYSK LİMANINDAN GÖNDƏRİLƏN NEFTİN HƏCMİNİ XEYLİ ARTIRIB

Energetika Materials 4 İyul 2005 13:48 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, ilin birinci yarım ili ərzində Dövlət Neft Şirkəti Novorossiysk limanından 905,7 min ton Urals nefti göndərib ki, bu da ötən ilin analoji müdəti ilə müqayisədə 375,7 min ton azdır.

Dövlət Neft Şirkətinin məlumatlarına əsasən, iyunda Novorossiysk limanından göndərilmiş neftin həcmi 90,5 min ton təşkil edib ki, bu da 2005-ci ilin may ayı ilə müqayisədə 14,1 min ton çox və 2004-cü ilin iyun ayına nisbətən 126 min ton azdır.

AR DNŞ-ın Novorossiysk limanından göndərilən neftinin həcminin azalması onunla izah olunur ki, ilin birinci yarısında netfin nəqli ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) məşğul olub.

2004-cü il ərzində AR DNŞ Novorossiysk limanından 2559,1 min ton neft satıb ki, bu da 2003-cü ilə nisbətən 77,1 min ton çoxdur. Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tarifi bir tona görə $15,67 təşkil edir.

Xəbər lenti

Xəbər lenti