...

NQHİ ARDNŞ-İN NEFTİNİN İXRAC VƏ EMAL ÜÇÜN HƏCMİNİ AZALDIB

Energetika Materials 4 İyul 2005 18:23 (UTC +04:00)

İlini birinci yarısında Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft-Qaz Hasilatı İdarəsi şirkətlərə icrac və emal üçün müxtəlif keyfiyyətli 3992,4 min ton ümumi hasilatdan 3947,7 min ton neft təhvil verib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat veriblər.

Yanvar-iyun aylarında quyurakı yataqlarda ARDNŞ-in iştirakı ilə karbohidrogen ehtiyatları hasil edən xarici şirkətlər birgə müəssisələr (BM) və əməliyyat şirkətlər (ƏŞ) çərçivəsində ARDNŞ-ə həm ixrac, həm də "Yerli bazar" şərtlərilə hasil olunan 479,6 min ton neftdən 465,6 min ton neft təhvil veriblər.

Yanvar-iyun aylarında ARDNŞ NQHİ-dən şirkətlərə emal və ölkə daxilində paylaşdırmaq üçün ümumi həcmi 1900 milyon kubmetr olan yanacaqdan 1637,3 milyon kubmetr təhvil verib.

Yanvar-iyun aylarında BM və ƏŞ çərçivəsində ARDNŞ-in iştirakı ilə quru yataqlardan karbohidrogen ehtiyatları hasil edən xarici şirkətlər ARDNŞ-ə 54,1 milyon kub metr qaz hasil etdikləri halda 15,3 milyon kubmetr qaz təhvil veriblər. Lakin Anshad Petrol BM-nin qazın sərbəst satışını çərçivəsində ARDNŞ bu həcmdə n14,3 milyon kubmetr qaz reallaşdırıb.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yanvar-iyun aylarında "Azəri-Çıraq-Günəşli" yatağından 612,9 milyon kubmetr qaz hasil edib və bu zaman ARDNŞ-ə yanacağın təhvili 528,5 milyon kubmetr təşkil edib. Fərqdən ABƏŞ neft hasilatı və qazma gedişində neft-qaz əməliyyatları üçün istifadə olunub.

Azərbaycanda 2005-ci ilin yanvar-iyun aylarında neft və qazın təhvilinin müqayisəli cədvəli belədir:

Neft
(min ton) İyun 2005-ci il. 2005-ci ilin yanvar-iyun ayları 2004-cü ilin yanvar-iyun ayları
Fakt plan fakt % Fakt %
Cəmisi 734.7 4290 4413,3 102.9 4403,1 100.2
NQHİ 655,4 3898 3947,7 101,3 3978 99,2
BM və PSA 79,3 392 465,6 118.8 425,1 109,5
Qaz
(milyon kubmetr)
Cəmisi 421,5 2016 2180,1 108,1 2132,9 102,2
ARDNŞ 271,7 1590 1637,3 103 1704,7 96
NQHİ 269,5 1555,3 1622 104.3 1674,3 96,9
ABƏŞ 148,4 426 528,5 124,1 423,1 124,9
BM və PSA 2,2 34,7 15,3 44,1 30,4 50,3

Xəbər lenti

Xəbər lenti