...

AZƏRNEFTYAĞ NEZ İYUL AYINDA DİZEL YANACAĞININ İXRACININ ARTIRILMASINI PLANLAŞDIRIR

Energetika Materials 5 İyul 2005 14:03 (UTC +04:00)

Müstəqil neft ixracatçısı olan Azərneftyağ NEZ iyul ayında dizel yanacağının ixracını 21% artırmaq niyyətindədir. Trend agentliyinə verilən məlumata əsasən, AR DNŞ-ın tərkibinə daxil olan Azərneftyağ NEZ-də dizel yanacağının ixracı iyul ayında təxminən 90 min tona çatacaq, bu isə iyun ayında göndərilmiş məhsuldan 16 min ton çoxdur.

"Hər şey zavoda göndərilən neftin həcmindən asılı olacaq", - deyə zavodda bildiriblər. Dövlət neft şirkəti iyul-sentyabr aylarında Bakı-Novorossiysk boru kəməri ilə ayda 250 min ton neft vurmaq niyyətindədir, bu isə nəql etmənin adi həcmindən 30 dəfə çoxdur. Bunun üçün şirkət Bakıda iki NEZ-ə göndərilən neftin həcmini 525 min tondan 495 min tona qədər azaltmalı olacaq.

Xəbər lenti

Xəbər lenti