...

AZƏRBAYCAN 2005-07-Cİ İLLƏRDƏ 80 MİLYONDAN ARTIQ NEFT HASİL ETMƏYİ PLANLAŞDIRIR

Energetika Materials 5 İyul 2005 16:03 (UTC +04:00)

Azərbaycanda 2005-07-ci illərdə 81,55 milyon ton neft hasil etmək proqnozlaşdırılır. Trend in məlumatına görə, belə rəqəmlər Azərbaycan hökuməti tərəfindən hazırlanan ölkənin sosial-iqtisadi inkişafı və 2004-07-ci illər üzrə əsas makroiqtisadi göstəricilərin proqnozlarında əks olunub.

Ehtimal edilir ki, 2005-ci ildə Azərbaycanda 20,750 milyon ton neft hasil ediləcəyi, 2006-cı ildə isə istehsalın həcmi 30,05 milyon tona çatdırılaraq 44,8%, 2007-ci ildə isə artım 2% artmaqla 30,75 milyon tona çatdırılacağı gözlənilir.

Hazırda Azərbaycanda quru yataqlarında neft hasilatı ilə Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və bir neçə Birləşmiş Müəssisələr (BM) və Əməliyyat Şirkətləri (ƏŞ) (PSA əsasında) məşğul olur. İlin birinici yarısında ARDNŞ, BM və ƏŞ 4,472 milyon ton neft hasil ediblər ki, bu da 2004-cü ilin yanvar iyun ayları ilə müqayisədə 2,7 min ton azdır. BM və ƏŞ-in hesabına bu həcmdən 479,6 min ton (2004-cü ilin analoji dövrü ilə müqayisədə 24,9 min ton çox) neft düşür.

Xəbər lenti

Xəbər lenti