...

2005-Cİ İLDƏ AZƏRNEFTYAĞ AƏZRBAYCANIN DAXİLİ BAZARINDA 300 MİN TONDAN ARTIQ NAFTA PAYLAŞDIRACAQ

Energetika Materials 5 İyul 2005 16:34 (UTC +04:00)

Trend agentliyinə Azərneftyağ NEZ-dan verilən məlumata əsasən, AR DNŞ-nin tərkibinə daxil olan 2005-ci ildə zavodda istehsal olunan naftanın 310 min tonunu Azərbaycanın daxili bazarında paylaşdırmaq niyyətindədir.

Zavodun nümayəndəsinin sözlərinə görə, 250 min ton neftin neft məhsullarından şəxsi qurğuları üçün yanacaq kimi istifadə edən Azərkimya Dövlət Şirkətinin (DŞ) tələbatının ödənilməsi üçün verilməsi planlaşdırılır, yerdə qalan 60 min ton isə avtobenzin əldə etmək məqsədi ilə yenidən emal üçün "Heydər Əliyev adına" NEZ-ə (keçmiş Azərneftyanacağ) göndəriləcək.

Azərkimya DŞ-ya veriləcək naftanın həcmi iyul ayında 28 min ton təşkil edəcək. Belə vəziyyət iyul ayında, Azərbaycanın Nazirlər Kabinetinin naftanın "Heydər Əliyev adına" NEZ-də yenidən emalı əvəzinə bu neft məhsulunun kimyanın tələbatının ödənilməsinə yönəltmək barədə göstərişinin icrası zamanı da yaranmışdı.

Azərkimya DŞ AR DNŞ-dən naftanın bir tonunu 842,200 manata ($172) alacaq. Lakin "Heydər Əliyev adına" NEZ-də naftanın yenidən emal olunduğu təqdirdə Dövlət Neft Şirkəti bir tonunu 400-450 dollara satdığı avtomobil benzini alır.

Xəbər lenti

Xəbər lenti