...

BATUMİ NEFT TERMİNALI NEFT GƏMSİLƏRİNİN YÜKLƏNİB BOŞALDILMASINI ARTIRIB

Energetika Materials 6 İyul 2005 12:56 (UTC +04:00)

2005-ci ilin ilky yarımili ərzində Qara dənizdə yerləşən Batumi neft terminalında neft məhsullarının yüklənib boşaldılmasını 4,316 milyon tona çatdırıb ki, bu da 2004-cü ilin analoji dövri ilə müqayisədə 1,01 milyon ton çoxdur. Bu barədə "Tpend"ə limana yaxın olan mənbədən məlumat veriblər.

2004-cü il ərzində Batumi limanı vasitəsilə 6,778 milyon ton neft məhsulları daşınıb ki, bu da 2003-cü ildəkindən 1,9 milyon ton azdır.

Mənbənin sözlərinə görə, 2005-ci ilin iyununda Batumi limanından daşınmalar 923,3 min ton təşkil edib ki, bu da 2005-ci ilin may ayındakından 73,2 min ton az, 2004-cü ilin iyunundakından isə 494,6 min ton çoxdur.

Batumi neft terminalı vasitəsilə ildə 15 milyon ton neft məhsulları yüklənib boşaldılır. Terminal dörd körpüdən yan buy Aframax tipli gəmilər də daxil olmaqla 30-90 min tonluq neft tankerlərinə xidmət edir. Hazırda terminal rezevuar parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da dəhliz vasitəsilə daşınan yüklənib boşalmaların cari və proqnozlaşdırılan həcmindən artıqdır.

Xəbər lenti

Xəbər lenti