...

AZNEFTKİMYAMAS BİR SIRA MÜƏSSİSƏLƏRİNİN BEYNƏLXALQ STANDARTLAŞDIRILMASINA BAŞLAYIB

Energetika Materials 6 İyul 2005 14:29 (UTC +04:00)

Azneftkimyamas yeni layihənin gerçəkləşdirilməsinə başlayıb. SC-dən Trend ə verilən məlumata əsasən, gerçəkləşdirilməsinə iyulun 3-də başlanmış yeni layihə TACIS proqramı çərçivəsində həyata keçirilir və bir neçə müəssədə beynəlxalq standartların tətbiqini nəzərdə tutur.

SC-dən bildiriblər ki, hazırda ISO sertifikatına malik və eyni monoqramla məhsul buraxılan 4 müəssisə - Bakı fəhləsi maşınqayırma zavodu, Sabunçu Elmi-istehsalat birliyi, Balaxanı və Səbail maşınqayırma zavodları müəyyənləşib.

Layihədə sınaq avadanlığının alınması və API (American Petroleum Institute) standartlaşdırılması üzrə treniqlərin keçirilməsi nəzərdə tutulub. 18 aylıq layihənin dəyəri 500 min avro təşkil edir. Vəsait TACIS tərəfindən təqdim olunur.

İndiyə qədər 9 müəssisə ISO 9001 sertifikatı alıb və bir ay ərzində SC-nin təhsil mərkəzi ISO 9001-2000 keyfiyyət sertifikatı alacaq.

ISO 9001:2000 şirktəin idarəolunmasında aparıcı dünya təcrübəsini ümumiləşdirən beynəlxalq standartdır.

Xəbər lenti

Xəbər lenti