...

AZERENERJI SC MAZUTLA İŞ REJİMİNƏ KEÇƏCƏK

Energetika Materials 6 İyul 2005 17:24 (UTC +04:00)

Azerenerji SC istilik enerjisi stansiyalarında elektrik enerjisinin alınması üçün mazutla iş rejiminə keçəcək. Buna səbəb bu gün gecə "Qazeksport" MMC-in (Qazprom ASC-nin törəmə strukturu) qazın verilməsini dayandırması ilə əlaqədardır. Bu barədə Trend ə "Azərenerji" SC-nin baş mühəndisi Marlen Əsgərov məlumat verib.

O, ehtiyat yanacağın həcmi barədə məlumat verməsə də bildirib ki, Azerenerji elektrik enerjisi hasil etmək üçün zəruri mazut həcminə malikdir. Onun sözlərinə görə, qazın verilişi 2-3 günə bərpa olunacağı gözlənilir.

Azərbaycanın Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Azerenerji noyabrın 15 -nə kimi 2005-06-cı il payız-qız mövsümünə hazırlıq çərçivəsi daxilində zəruri mazut ehtiyatı toplamalıdır.

Xəbər lenti

Xəbər lenti