...

AZƏRBAYCAN BEYNƏLXALQ ƏMƏLİYYAT ŞİRKƏTİ AZƏRBAYCANDAN NEFT İXRACINI 1,5 MİLYON TON ARTIRIB

Energetika Materials 7 İyul 2005 18:18 (UTC +04:00)

2005-ci ilin yanvar-iyun ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz blokunda işləyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ümumi həcmi 4,612 milyon ton olan Azeri Light nefti ixrac edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 1,499 milyon ton xammaldan çoxdur.

ABƏŞ-dən Trend ə verilən məlumata görə, yanvar-iyun aylarında Bakı-Supsa ("qərb marşrutu") boru kəməri ilə 3,487 milyon ton Azeri Light nefti , Bakı-Novorossiysk ("şimal marşrutu") boru kəmərilə isə 1,041 milyon ton xammal ixrac olunub. Gürcüstanın Batumi limanından yanvar-iyun aylarında 84,4 min ton neft yüklənib.

2005-ci ilin iyununda ABƏŞ üç istiqamətə 921,146 min ton neft nəql edib ki, bu da 2004-cü ilin iyunundakından 366,2 min ton çoxdur. ABƏŞ-də qeyd ediblər ki, bu həcmdən "qərb marşrutu" üzrə 591,513 min ton, "şimal marşrutu" üzrə 245,25 min ton, Bakı-Batumi marşrutu üzrə 84,383 min ton neft nəql edilib.

Yarım il ərzində Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından 905,7 min ton Urals nefti daşınıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 375,7 min ton azdır. ARDNŞ-in məlumatına görə, iyunda Novolrossiskdən neft daşınması 90,5 min ton neft daşınıb ki, bu da 2005-ci ilin mayındakından 14,1 min ton çox, 2004-cü ilin mayındakından isə 126 min ton azdır.

Xəbər lenti

Xəbər lenti