...

YANVAR-İYUN AYLARINDA NMR-İN ENERJİ SİSTEMİNƏ SAATDA 600 MLN KVT-DAN ÇOX ELEKTRİK ENERJİSİ DAXİL OLUB

Energetika Materials 13 İyul 2005 13:16 (UTC +04:00)

"Azərenerji" şirkətinin mətbuat xidmətindən Trend agentliyinə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının (NMR) enerji sisteminə saatda 601,399 mln kVt-dan artıq elektrik enerjisi daxil olub (şəxsi istehsal da daxil olmaqla).

Blokada şəraitində olan NMR qonşu ölkələrdən idxal edilən elektrik enerjisi hesabına enerji ilə təchiz olunur. Göstərilən dövrdə İrandan NMR-ə tədarük olunmuş elektrik enerjisinin həcmi saatda 323,371 mln kVt, Türkiyədən tədarük olunmuş elektrik enerjisinin həcmi isə saatda 212,510 mln kVt təşkil edib.

Hazırda NMR-də göstərilən dövr ərzində saatda 65,518 mln kVt elektrik enerjisi istehsal edən "Araz" SES fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti