...

İLİN ƏVVƏLİNDƏN AZNEFTKİMYAMAS MÜƏSSİSƏLƏRİ 9 MİLYON DOLLARDAN ARTIQ MƏHSUL SATIB

Energetika Materials 13 İyul 2005 14:15 (UTC +04:00)

2005-ci ilin yanvar-iyun ayları ərzində Azneftkimyamas ASC-nin müəssisələri tərəfindən 43 milyard manatlıq (9,1 milyon dollara yaxın) məhsul yüklənilib. ASC-dən Trend ə verilən məlumata görə, eyni zamanda yüklənmədən əldə olunmuş vəsait hələlik 4,6 milyon dollar təşkil edir.

Ayrı-ayrı müəəsisələr üzrə mal ixracına gəldikdə isə ASC-dən bildiriblər ki, "Səttarxan adına" maşınqayırma zavodu 4,7 milyard manatlıq (1 milyon dollara yaxın) mal ixrac edib ki, bunun da 2,5 milyard manatlığı (532 min dollara yaxın) Rusiyaya, 2,1 milyard manatlığı (447 min dollara yaxın) Ukraynaya, qalan hissəsi isə Gürcüstana və Qazaxıstana ixrac olunub.

Bakı neft sənayesi avadanlıqları zavodu 2,9 milyard manatlıq (617 min dollar), Supaxanı maşınqayırma zavodu 4,2 milyard manat (894 min dollar), Keşlə maşınqayırma zavodu 2,3 milyard manat (489 min dollara yaxın) məhsul satıb ki, bunun da 700 milyon manatlığı (149 min dollara yaxın) Rusiya və Qazaxıstana satılıb.

Xəbər lenti

Xəbər lenti