...

"ŞİMAL" DRES-DƏ İKİNCİ 400 MVT BQQ ÇƏRÇİVƏSİNDƏ MƏSLƏHƏTÇİ SOR-LİST ÜSULU İLƏ SEÇİLƏCƏK

Energetika Materials 13 İyul 2005 18:29 (UTC +04:00)

Azərenerji SC "Şimal" DRES-də ikinci 400 MVt buxar-qaz qurğusunun (BQQ) tikintisi layihəsi çərçivəsində məsləhətçini sor-list üsulu ilə seçmək niyyətindədir.

Bu barədə Trend agentliyinə Azərenerji SC-də bildirilib. "Bu məsələ Yaponiyanın (JBIC) beynəlxalq əməkdaşlıq bankı ilə razılaşdırılıb. Azərenerji JBIC ilə birlikdə 4-5 tanınmış beynəlxalq şirkət seçəcək və onlar arasında tender keçirəcək " - deyə SC-də bildirilib.

JBIC-nin Azərbaycana Shimal DRES-də 400 MVt gücündə buxar-qaz qurğusunun ikinci mərhələsinin tikintisi üçün 29 mlrd. 280 mln. yapon yeni ($275 mln.-dan çox) həcmində güzəştli uzunmüddətli kredit verir.

Bu barədə saziş mayın 13-də Bakıda imzalanıb. JBIC-nin krediti Azərbaycana 40 il müddətinə 10 illik güzəştlə 0,75% dərəcə ilə verilib.Layihənin ümumi dəyəri $330 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti