...

2004-CÜ İLDƏ AZPETROL BÜDCƏYƏ 183 MİLYARD MANATDAN ARTIQ VƏSAİT ÖDƏYİB

Energetika Materials 15 İyul 2005 13:42 (UTC +04:00)
2004-CÜ İLDƏ AZPETROL BÜDCƏYƏ 183 MİLYARD MANATDAN ARTIQ VƏSAİT ÖDƏYİB

2004-cü ildə Azərbaycanın neft şirkəti Azpetrol ölkənin dövlət büdcəsinə mal istehlakçılarından vergi şəklində əldə etdiyi 113 milyard manat və maliyyə -sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunan 830 milyon manat vəsait köçürüb. Bu barədə iyulun 15-də Azpetrolun rəhbəri Hüseynağa Rəhimov brifinqdə bəyan edib.

Beləliklə, 2004-cü ildə ödəmə və vergjilərin ümumi məbləği 183 milyard 930 milyon manat (38 234 min dollar) təşkil edib. Şirkət həmçinin, il ərzində investisiyaların qoyuluşu sürətini artırmaqda davam etdirərək ölkə iqtisadiyyatına 121 milyard 270 milyon manat (25 220 min dollar) sərmayə qoyub.

Onun sözlərinə görə, bu günlərdə Azpetrol Gəncədə iki yanacaq-doldurma stansiyasının açılışını həyata keçirəcək. Tezliklə beynəlxalq standartlara uyğun tikilmiş daha 9 yanacaqdoldurma stansiyası istismara veriləcək.

Ötən ilin oktyabrında Exxon Azerbaijan şirkəti ilə müqavilə imzalanıb. Həmin müqaviləyə görə, Azertrans 5 il ərzində "Azəri-Çıraq-Günəşli" neft yatağından hasil olunmuş nefti Gürcüstanın Batumi limanı vasitəsilə ExxonMobil üçün daşıyacaq. "Bu razılaşma Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti üçün dəstək olub", -deyə o, göstərib.

2004-cü ilin dekabrında şirkət Moldova hökuməti ilə investiya razılaşması imzalayıb, Həmin müqaviləyə əsasən, Azpetrol bu ölkədə bir çox layihələr həyata keçirir. Buraya Moldova ərazisində Dunay çayı sahilində beynəlxalq limanın və Curtculeşt terminalının, neft emalı zavodunun və 50 yanacaqdoldurma stansiyasının tikintisi daxildir.

Xəbər lenti

Xəbər lenti