...

GÜRCÜSTAN "ŞAHDƏNİZ" "MƏRHƏLƏ-1" ÇƏRÇİVƏSİNDƏ ƏLAVƏ HƏCMDƏ QAZ ALA BİLƏR

Energetika Materials 15 İyul 2005 15:26 (UTC +04:00)

Gürcüstan "Şahdəniz" "Mərhələ-1" çərçivəsində əlavə həcmdə qaz ala bilər. Trend agentliyi bildirir ki, iyulun 15-də keçirilən mətbuat konfransında "Şahdəniz" layihəsinin rəhbəri Mayk Skitmor bəyan edib.O, bildirib ki, Gürcüstan hökuməti Azərbaycan təərfinə "Mərhələ-1" çərçivəsində ildə 3 mlrd m3 əlavə həcmdə qazın verilməsi xahişi ilə müraciət edib.

Gürcüstan cari ilin sonundan qazın alınmasına başlamaqda və 2007-ci ildə qazın həcmini yuxarıdakı göstəriciyədək artırmaqda maraqlıdır. "Bu məsələnin həll edilməsi üçün işçi qrup yaradılıb və müzakirələr aparılır.

Azərbaycan-Gürcüstan dövlətlərarası komissiyasının iyulun 8-də keçirilən görüşündə bəzi mühüm məsələlər təqdim olunub, belə ki, "Mərhələ-1" çərçivəsində hasil ediləcək qaz öncədən imzalanmış müqavilələrə əsasən, Türkiyəyə, Azərbaycana və Gürcüstana veriləcək " -deyə o qeyd edib.

Amma M. Skitmor deyib ki, Gürcüstanın "Mərhələ-1" çərçivəsində almaq istədiyi təbii qazın bir hissəsinin təmin edilməsi imkanına baxılması Azərbaycan və Gürcüstan hökumətlərinə təklif olunub. "Bu məsələ hələlik açıqdır " -deyə o qeyd edib.

Onun sözlərinə görə, "Mərhələ-1" çərçivəsində Türkiyə ildə 6,3 mlrd m3, Azərbaycan ildə 1,5 mlrd m3 və Gürcüstan ildə 0,8 mldr m3 qaz alacaq.

Xəbər lenti

Xəbər lenti