...

"ŞAHDƏNİZ" "MƏRHƏLƏ-1" ÇƏRÇİVƏSİNDƏ İŞLƏR 62,4% BAŞA ÇATDIRILIB

Energetika Materials 15 İyul 2005 15:27 (UTC +04:00)

"Şahdəniz" layihəsinin "Mərhələ-1" çərçivəsində işlər 62,4% başa çatdırılıb. Trend agentliyi bildirir ki, iyulun 15-də keçirilən mətbuat konfransında "Şahdəniz" layihəsinin prezidenti Mayk Skitmor bu barədə bəyan edib.

Onun sözlərinə görə, layihə çərçivəsində işlər iki istiqamətdə - dənizdə obyektlərin quraşdırılması və qazın nəql edilməsi infrastrukturu üzrə aparılır. TPG-500 dəniz platformasının tikintisinin 2006-cı ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur.

M. Skitmor qeyd edib ki, qazma işləri proqramının davam etdirilməsi nəzərdə tutulur və avqustda 4-cü istismar quyusunun qazılmasına başlanılacaq.Bu quyunun qazılmasının ilin sonunadək yaxud 2006-cı ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur.Qazma işləri "İstiqlal" qurğusu ilə həyata keçiriləcək.

Onun sözlərinə görə, "Mərhələ-1" layihəsinin dəyəri $4,1 mlrd. təşkil edəcək. Layihənin müddəti 2030-cu ildə başa çatır.Yatağın ilkin geoloji qaz ehtiyatları 38 trln f3, kondensat - 2100 mln barel təşkil edir.

"Layihə çərçivəsində hasil edilən kondensat Sanqaçal terminalına nəql olunacaq və layihənin iştirakçıları arasında bölüşdürüləcək.Həmin kondensatın BTC boru kəməri ilə ixrac olunması imkanı da vardır" -deyə o qeyd edib.

TPG-500 platformasının ümumi dəyəri $1,1 mlrd. təşkil edir ki, bunun $0,5 milyardı Azərbaycanda sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti