...

"ŞAHDƏNİZ" SAHƏSİNDƏ SANQAÇAL TERMİNALININ GENİŞLƏNDİRİLMƏSİ ÜZRƏ İŞLƏRƏ $470 MLN SƏRF OLUNACAQ

Energetika Materials 15 İyul 2005 15:29 (UTC +04:00)

"Şahdəniz" sahəsində Sanqaçal terminalının genişləndirilməsi üzrə işlərə $470 mln sərf olunacaq. Trend agentliyi bildirir ki, iyulun 15-də keçirilən mətbuat konfransında layihənin meneceri Roland Bacer bu barədə bəyan edib.

Onun sözlərinə görə, həmin həcmdən $140 mln tikinti layihələrinin payına düşür. "Layihə çərçivəsində işlərin yerinə yetirilməsinə 2003-cü ilin noyabrında başlanılıb və artıq 53% başa çatdırılıb ki, bu da qafiki 6% qabaqlamağa imkan verir.Burada artıq qazın emalı üzrə qurğu quraşdırılıb, kondensat üçün çənlərin yerləşdirilməsi və digər işlər aparılır " -deyə R.Bacer qeyd edib.

Xəbər lenti

Xəbər lenti