...

AZƏRBAYCANDA MAYELƏŞDİRİLMİŞ QAZIN SATIŞI ARTIB

Energetika Materials 15 İyul 2005 16:52 (UTC +04:00)

2005-ci ilin yanvar-may aylarında Azərbaycan bazarında 58,1 min ton mayeləşdirilmiş qaz satılıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 2,3% çoxdur. Bu barədə Trend agentliyinə Azərbaycanın statistikası üzrə dövlət komitəsindən bildirilib.

Dövlət Komitəsinin məlumatlarına görə, hazır məhsul anbarlarında qazın qalığı aprel ayının sonunda 3,6 min ton təşkil edib ki, bu da 2004-cü ilin may ayının sonunda qalan qalıqdan 9,1% çoxdur.

Mayeləşdirilmiş qazın (butan-butilen və propan-propilen fraksiyası) 1 tonunun daxili qiyməti AR DNŞ üzrə 587288 manat, daxili bazarda topdan satış qiyməti - 893000 manat, pərakəndə satış qiyməti isə 1200000 manat təşkil edir.

Hazırda mayeləşdirilmiş qaz AR DNŞ-in tərkibinə daxil olan "Heydər Əliyev adına" NEZ-də (keçmiş Azərneftyanacaq) və Azərbaycan Qaz Emalı SC-in (Qaradağ Azərbaycan neft emalı zavodu) bazasında istehsal olunur.

Xəbər lenti

Xəbər lenti