...

SCP –NİN AZƏRBAYCAN SAHƏSİNİN MEXANİKİ TİKİNTİSİ İLİN SONUNDA BAŞA ÇATDIRILACAQ

Energetika Materials 15 İyul 2005 16:57 (UTC +04:00)

Cənubi Qafqaz qaz kəmərinin (SCP) Azərbaycana aid hissəsinin mexaniki tikintisi cari ilin sonunadək başa çatdırılacaq. Trend agentliyi bildirir ki, iyulun 15-də layihənin meneceri Karl Sletter bu barədə bəyan edib.

Onun sözlərinə görə, Gürcüstan sahəsinin başa çatdırılması cari ilin sonu- 2006-cı ilin əvvəlinə nəzərdə tutulur. "İyulun 10-da verilən məlumata əsasən, Azərbaycan ərazisində qaz kəmərinin tikintisi 66%, Gürcüstanda 51% başa çatdırılıb.

Ölkənin mürəkkəb relyefi səbəbindən Gürcüstanda tikinti işləri Azərbaycan ilə müqayisədə daha çətin gedir " -deyə K. Sletter qeyd edib.

Layihənin meneceri bildirib ki, Azərbaycan ərazisində 443 km sahədən 386 km məsafədə borular uc-uca düzülüb.Bundan 321 km məsafədə qaynaq işləri aparılıb və 302 km məsafədə boruların üstü torpaqla örtülüb.

Gürcüstan ərazisində 249 km sahədən 215 km məsafədə borular uc-uca düzülüb, 191 km məsafədə qaynaq işləri aparılıb, 116 km məsafədə boruların üstü torpaqla örtülüb.

Ümumilikdə qaz kəmərinin çəkilməsi üzrə tikinti Türkiyə sərhədinədək 68%, Gürcüstan sərhədinədək isə, 53% başa çatdırılıb.

Xəbər lenti

Xəbər lenti