...

ARAWAK ENERGY TƏRƏFDAŞLARI İLƏ YATAQLARDAKI YENİ QUYUNUN QİYMƏTLƏNDİRİLMƏSİ VARİANTLARINI MÜZAKİRƏ EDİR

Energetika Materials 16 İyul 2005 12:57 (UTC +04:00)

Arawak Energy Corporation "Cənub-Qərbi Qobustan" müqavilə sahəsindəki sahilyanı blokda yerləşən "Kənizdağ" yatağındakı laiyhə dərinliyi 3800 metr olan 101 saylı quyunun 3611 metr qazıldığını bəyan edib. Trend in məlumatına görə, bu barədə Arawak Energy-nin yaydığı məlumatda bildirilir.

Sənəddə göstərilir ki, 3 min metr dərinlikdə quyuda karbogenlərin olduğu aşkar edilib. Hazırda Arawak Energy bu layihə üzrə olan tərəfdaşları ilə quyunun müəyyən hissələrinin müxtəlif qiymətləndirilməsi imkanlarını müzakirə edir.

Yaxın vaxtlarda qazma qurğusu "Duvannı"dakı yataqda qazılan yeni qaz quyusuna doğru hərəkət edəcək. Bu quyuda qazma işləri başa çatdıqdan sonra qurğu yenidən "Kənizdağ" yatağındakı 101 saylı quyuda layihədə nəzərdə tutulmuş dərinliyə çatmaq üçün burada quraşdırılacaq. Quyudakı qazma işlərini başa çatdıqdan sonra testdən keçiriləcək və bu sahədə nəticələrin 2005-ci ilin 4-cü rübündə əldə olunacağı gözlənilir.

"Cənub-Qərbi Qobustan" da işlərin aparılması ilə bağlı Dövlət Neft Şirkəti (ARDNŞ) ilə PSA üzrə imzalanmış müqaviləyə görə GOC (Qobustan Əməliyyat Şirkəti) yaradılıb. CGL-ın GOC-da payı 80%-ə bərabərdir, qalan hissə isə ARDNŞ-ə məxsusdur. Arawak-ın CGL payı 37,17%-ə bərabərdir, Qalan hissə isə China National Petroleum Company-yə məxsusdur. Arawak Energy-nin əsas səhmdarları 41,15% iştirak payı ilə Rosco S.A.-dır.

Xəbər lenti

Xəbər lenti