...

ZURAB NOQAİDELİ: GÜRCÜSTANIN AVTOMOBİL YANACAĞI ÜZRƏ YENİ STANDARTLARA KEÇMƏSİ ONUN AZƏRBAYCANDAN YANACASÜRTGÜ MATERİALLARININ İDXALINA MANE OLMUR

Energetika Materials 19 İyul 2005 19:00 (UTC +04:00)

Gürcüstanın avtomobil yanacağı üzrə yeni standartlara keçidi (Avropa İttifaqı) Azərbaycandan yanacaq-sürtgü materiallarının idxalına təsir etməyəcəyək. Bu barədə iyulun 19-da Gürcüstanın baş naziri Zurab Noqaideli Trend ə məlumat verib.

"Azərbaycan zavodları Avropa dünya standartlarına müvafiqdir və onlar keyfiyyətli benzin istehsal edir. Mən tamamilə əminəm ki, Azərbaycan neft məhsullarının idxalı azalmayacaq, əksinə artacaq ", - deyə bildirib.

Bu il Gürcüstan Dövlət Şirkəti "Saknavtobtrans" (keçmiş "Qruzneftetrans") ARDNŞ rəhbərdliyini bu ölkənin hökumətinin 2006-cı il yanvarın 1-dən yanacaq üzrə yeni standartlara keçəmsi barədə məlumatlandırıb.

"Saknavtobtransi" DŞ Gürcüstanda Azərbaycan neft məhsullarının ən böyük alıcısıdır. 2006-cı il yanvarın 1-dən Gürcüstana satılacaq avtomobil benzinin tərkibində benzolun miqdarı 1%-dən, aromatik birləşmələrin miqdarı 35%-dən artıq olmamalıdır. Bu gün Azərbaycanın avtomobil ğenzinin tərkibində benzolun miqdarı 3-4%, aromatik birləşmələrin miqdarı 37-42%-dir.

Xəbər lenti

Xəbər lenti