...

DÖVLƏT NEFT FONDU BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİNİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ 30 MİLYON DOLLAR ÖDƏYƏCƏK

Energetika Materials 20 İyul 2005 13:20 (UTC +04:00)

Cari ildə Dövlət Neft Fondu (ADNF) Bakı-Tbilisi-Ceyhan (BTC)boru kəmərinin tikintisinin maliyyələşdirilməsini davam etdirmək niyyətindədir. Fondun icraçı direktoru Samir Şərifovun Trend ə verdiyi məlumata görə, 2005-ci ildə bu məqsədlə ümumilikdə 30 milyon dollar vəsaitin ödənilməsi planlaşdırılır. Bundan əvvəl isə fond BTC-nın tikintisinə 200 milyon dollar vəsait xərcləyib.

Dövlət Neft Fondunun 2005-ci il büdcəsinin proqnozlarına görə, cari ildə DNF-nun Bakı-Tbilisi-Ceyhan tikintisinin maliyyələşdirilməsində ölkənin iştirakı üzrə 105 milyard manat sərf etmək planlaşdırılmışdı. Sonradan büdcəyə edilən düzəlişlər nəticəsində xərclərin artırılaraq bir hissəsi BTC-nin maliyyələşdirilməsinə yönəldiləcək vəsaitin 100 milyard manata çatdırılması planlaşdırılıb. İlin birinci yarısı ərzində layihənin maliyyələşdirilməsinə 45,4 milyard manat sərf olunub.

Hazırda BTC Co boru kəmərinin həcmi 10 milyon barel təşkil edən texniki neftlə doldurulmasını davam etdirir. İlk tankerin 2005-ci ilin sonlarında neftlə doldurulacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti