...

MALİYYƏ NAZİRLİYİ AZƏRİQAZNƏQL İSTEHSALAT BİRLİYİNDƏ YOXLAMALARI BAŞA ÇATDIRIB

Energetika Materials 20 İyul 2005 18:20 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi "Azəriqaznəql" İstehsalat Birliyində (İB) ("Azəriqaz" QSC-nin strukturu) yoxlamaları başa çatdırıb. Bu barədə İB-dən "Tpend"ə məlumat verilib.

Auditdə məqsəd Dünya Bankının "Azərbaycan Respublikasında qaz sisteminin reabilitasiyası" layihəsi çərçivəsində alınan vəsaitin (20,2 milyon dollar) səmərəli istifadəsinin yoxlanılmasıdır.

"Analoji yoxlamalar Azeriqaz Qapalı Səhmdar Cəmiyyətinin vəsaitdən istifadədə iştirak edən bütün olbyektlərində həyata keçiriləcək. Bu məqsədlə Nazirliyə bütün lazım olan sənədlər təqdim olunub ", - deyə İB-dən bildiriblər.

Azeriqaz QSC bu kreditin hesabına ölkənin qaz şəbəkəsinin fəaliyyət göstərməsi üçün zəruri olan məişət qaz sayğacları, borular və digər avadanlıqlar alacaq. Həmçinin, ötən il sonuncu layihə çərçivəsində Azərbaycanda 55 min məişət qaz sayğacı və qaz boruları alınıb. Sayğacların satışını Almaniyanın Elster, boruların satışını isə Britaniyanın Arkley UK şirkəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti