...

"NEFT DAŞLARI"NDA QAZ KOMPRESSOR STANSİYASININ QAZLA DOLDURULMASI ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ AZALA BİLƏR

Energetika Materials 21 İyul 2005 17:49 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Neft daşları" yatağındakı qaz kompressor stansiyasının (QKS) genişləndirilməsinin zəruriliyini nəzərdən keçirəcək. Bu barədə Trend ə Sənaye və Energetika nazirliyindən məlumat verilib.

"Əvvəllər də bu QKS-nın genişləndirilməsi nəzərdə tutulmuşdu. Lakin yaxın perspektivdə stansiyanın qazla doldurulması proqramında bəzi dəyişikliklər baş verə bilər. Məsələ burasındadır ki, "Çıraq-1" yatağından neftlə birgə hasil olunan qaz bu QKS-na, oradan isə sahilə nəql olunur. Lakin yaxın vaxtlarda "Çıraq"dan eyni vaxtda çıxarılan qazın "Mərkəzi Azəri" platformasına, oradan isə Səngəçal terminalına nəql olunması nəzərdə tutulub", - deyə Nazirlikdən bildiriblər.

Bununla əlaqədar olaraq QKS-na veriləcək qazın həcminin sutkada 2,4 milyon kubmetr azalacaq. "Buna görə də ARDNŞ obyektin genişləndirilməsinin zəruriliyi məsələsini xüsusilə diqqətlə öyrənir", - deyə idarədən bildiriblər.

Xəbər lenti

Xəbər lenti