...

BAKIDA AZƏRBAYCAN, RUSİYA VƏ İRANIN ENERGETİKA İDARƏLƏRİNİN EKSPERTLƏRİ ARASINDA PROTOKOL İMZALANIB

Energetika Materials 21 İyul 2005 18:25 (UTC +04:00)

Bakıda Azərbaycan, Rusiya və İranın energetika idarələrinin yküsəkrütbəli ekspertlərinin üçgünlük görüşü başa çatıb. Bu barədə Trend ə "Azərenerji" SC-nin mətböuat xidmətindən məlumat veriblər.

Görüşdə üç ölkənin enerji sistemlərinin sinxronlaşdırılması məsələləri, prinsipləri və detalları müzakirə olunub. Tərəflərdən hər biri enerji şəbəkələrinin praktiki olaraq paralel işləməsini həyata keçirən konkret təkliflər hazırlayıblar.

"Azərenerji" SC-nin baş mühəndisi Marlen Əskərovun sözlərinə görə, Bakıdakı görüşdə hər bir ölkənin qarşısına konkret tapşırıqlar qoyulub. Bu görüş Avropa-Asiya enerji koridorunun yaradılmasını nəzərdə tutan iri dövlətlərarası layihənin həyata keçirilməsində mühüm mərhələdir.

Hazırlanan tövsiyyələr elektrikötürücü xəttlərinin texniki vəziyyətini yaxşılaşdırmağa, bütünlükdə enerji sisteminin etibarlılığını, mobilliyi və təhlükəsizliyini artırmağa imkan verəcək.

Danışıqların sonunda müzakirə olunan məsələlərlə bağlı konkret təkliflər və sinxronlaşma üzrə tədbirlərin keçirilməsinin qeyd olunduğu protokol imzalanıb.

Üçtərəfli komissiyanın növbəti iclası Rusiyada keçiriləcək. M.Əskərov xüsusilə qeyd edib ki, bəzi yerli KİV-də əsassız olaraq işıqlandırıldığı kimi görüşün məxfiliyi heç bir halda danışıqların gizliliyi ilə bağlı deyil. "Azərbaycan bazarına, eləcə də "Rusiya Vahid Enerji Sistemi" Regional Səhmdar Cəmiyyətinin ("Rusiya VES" RSC) simasında yeni enerjipaylayıcı subyektin cəlb edilməsi məsələsi görüşün gündəliyində olmayıb və bu barədə iclasda ümumiyyətlə söhbət aparılmayıb.

Həm də hər hansı bir ekspert qrupunun bu cür danışıqlar aparmağa səlahiyyəti çata bilməz ", - deyə M.Əsgərov şərh edib.

Xəbər lenti

Xəbər lenti