...

AR DNŞ GÜRCÜSTANA MAYELƏŞDİRİLMİŞ QAZIN TƏDARÜKÜNÜ MÜVƏQQƏTİ OLARAQ DAYANDIRIB

Energetika Materials 23 İyul 2005 12:02 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın "Kopetnari" və "Avroqaz" şirkətlərinə mayeləşdirilmiş qazın tədarükünü dayandırıb. AR DNŞ-dən Trend ə verilən məlumata görə, qaz ixracının dayandırılmasının səbəbi Azərbaycanın daxili bazarında neft məhsullarına tələbatın artmasından irəli gəlib.

İyul ayında AR DNŞ "Kopetnari" və "Avroqaz" şirkətlərinə 1,5 min ton mayeləşdirilmiş qaz göndərməyi planlaşdırmışdı, lakin iyulun 1-dən bu günə kimi şirkət yalnız 0,21 min ton neft məhsulu nəql edə bilib. "Daxili bazar bizim üçün daha vacib olduğundan biz Azərbaycanda neft məhsullarına artmış tələbatı təmin etməliyik. Lakin gələn həftə mövcud müqavilələr üzrə bizim Gürcüstana bir neçə sistern göndərə biləcəyimiz də istina edilmir", - deyə AR DNŞ-dən bildiriblər.

AR DNŞ nümayəndəsinin sözlərinə görə, avqustda mayeləşdirilmiş qazın ixrac tədarükünün mümkün olacağı hələlilk məlum deyil.

2005-ci ilin yanvar-iyun ayları ərzində AR DNŞ 6,7 min ton mayeləşdirilmiş qaz ixrac edib ki, bu da 2004-cü ilin birinci yarısına olan göstəricidən 2,6 min ton çoxdur. İyun ayında 2,8 min ton butan ixrac edilib, bu isə may ayına olan göstəricidən 0,9 min ton artıqdır.

AR DNŞ-in satdığı mayeləşdirilmiş qaz "Heydər Əliyev" adına NEZ-ə (keçmiş Azərneftyanacag) məxsus olan krekinq qurğusunda istehsal edilir.

Xəbər lenti

Xəbər lenti