...

QOBUSTAN ƏMƏLİYYAT ŞİRKƏTİ YATAQDAKI QİYMƏT QUYUSUNDA QAZMA İŞLƏRİNİ DAYANDIRIB

Energetika Materials 25 İyul 2005 14:09 (UTC +04:00)

Qobustan Əməliyyat Şirkəti ("Gobustan Operating Company")(GOC)) bəzi avadanlıqların çatışmaması üzündən "Cənub-Qərbi Qobustan" müqavilə sahəsinin tərkibinə daxil olan "Sahilboyu" blokunda yerləşən "Kənizdağ" yatağındakı qiymət quyusunda qazma işlərini dayandırıb.

Layihənin iştirakçısı olanARDNŞ-dən Trend ə verilən məlumata görə, avadanlıqlar alınana qədər qazma qurğusu "Duvannı" yatağında digər quyunu qazmaq üçün başqa yerə aparılacaq.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, "Duvannı"dakı quyu qaz quyusudur və onun laiyhə dərinliyi 3 min metrdən çoxdur. Hazırda layihə dərinliyi 3800 metr olan "Kənizdağ"dakı quyunun dərinliyi 3000 metrdən çoxdur.

İndi "Cənub-Qərbi Qobustan"dan sutka ərzində qaz debiti 400 min kubmetr və ya ayda 12 milyon kubmetr təşkil edir. GOC belə qaz həcmi ilə yataqda müxtəlif vaxtlarda qazılmış dörd quyuya malikdir.

GOC 2005-ci il oktyabrın 1-dən ARDNŞ-ə əvvəllər bağlanmış "alqı-satqı barədə" müqaviləyə əsasən kommersiya qazı satmağa hazırlaşır. Qazın qiyməti 1,29/1 milyon dollar BTU həcmində müəyyən edilib.

2005-ci il üçün GOC-un kapital xərcləri 6,5 milyon dollar həcmində müəyyən edilib. Bu zaman həmin vəsaitin 4 milyon dolları "Cənub-Qərbi Qobustan" da 5 müxtəlif quyunun qazılmasına sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti