...

AZERBAIJAN QAZ EMALI SC-NİN ÖZƏLLƏŞDİRİLMƏSİ HAQQINDA TƏKRAR TENDER İLİN SONUNDA ELAN OLUNACAQ

Energetika Materials 25 İyul 2005 15:49 (UTC +04:00)

Azerbaijan Qaz Emalı SC-nin (Azərbaycan qaz emalı zavodu) özəlləşdirilməsi haqqında təkrar tender cari ilin sonunda elan olunacaq.

Hökumətdə Trend ə xəbər verildiyi kimi, tender noyabrın sonu - dekabrın əvvəlində elan olunacaq. Tenderin şərtləri iyunun 20-də həmin müəssisə üzrə elan olunmuş sonuncu tenderin şərtləri ilə eyni olacaq.

Azerbaijan Qaz Emalı SC artıq dəfələrlə özəlləşdirilməyə çıxarılıb. Sonuncu tender üzrə ərizələrin qəbul müddəti cari ilin iyulun 21-də başa çatıb.

Lakin xarici investorların müəssisə ilə maraqlandıqlarına dair məlumata baxmayaraq (bu dəfə mənbələr zavodla bp-nin maraqlandığını söyləyirdi), onun özəlləşdirilməsi ilə bağlı heç bir ərizə daxil olmayıb.

İyunun 20-də elan olunmuş tenderin şərtlərinə əsasən, zavodun aksiyalarının 87,14%-i özəlləşdirilməyə çıxarılıb, qalan 12,86% isə zavodun işçiləri arasında bölüşdürülüb.

Özəlləşdirmə investisiya müsabiqəsi yolu ilə keçirilməlidir, iştirakçılar 1 mlrd manat məbləğində bank təminatı, qalib isə İqtisadi İnkişaf Nazirliyinə 300 min özəlləşdirmə çeki təqdim etməli və büdcəyə 5,5 mlrd manat məbləğində ödənişlər etməlidir.

Xəbər lenti

Xəbər lenti