...

BARMEK ARTIQ BAKI ŞƏHƏRİ ENERJİPAYLAYICI ŞƏBƏKƏSİNİN 4 REGİONAL İDARƏSİNİ LƏĞV EDİB

Energetika Materials 25 İyul 2005 15:55 (UTC +04:00)

Öz işində pozuntulara yol verən əməkdaşlara Barmek Azerbaycan şirkətində yer yoxdur.Bu barədə Trend agentliyinə Barmek Azerbaijan ( Bakı və Sumqayıt enerjipaylayıcı şəbəkəsinin operatoru) şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanpıvepdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda Bakı enerjipaylayıcı şəbəkəsinin 4 regional idarəsi ləğv edilib. "Hələlik əməkdaşlardan heç biri işdən azad edilməyib.Amma öz işində pozuntulara yol vermiş əməkdaşlar kənarlaşdırılacaq.Hazırda şirkətin prezidenti özü bu istiqamətdə araşdırma aparır" -deyə o qeyd edib.

Barmek Azerbaycan həmçinin abunəçilərə xidmət və onların şikayətləri üzrə komissiyanın 4 regional filialını ləğv edə bilər.

"Hazırda onların işi ilə bağlı bizdə çox şikayətlər vardır.Buna görə də bu orqanların ləğv edilməsi imkanı istisna deyil " -deyə T.Mustafayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti